Baş Prokurorluq Ağdamda əməliyyat keçirir

10 Yanvar 2023 15:10 (UTC+04:00)

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Ağdam rayonunun Quzanlı kəndindəki Ağdam Musiqi Kollecində əməliyyat keçirir.

Baş Prokurorluğun Mətbuat xidmətindən fakt təsdiq edilib.

Bildirilib ki, qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.