Türkiyədə zəlzələ hadisəsi qeydə alınıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ rixter şkalası ilə 5 balla qiymətləndirilib. Episentri Midilli adasında olan yeraltı təkanın ocağı yerin 15 kilometr dərinliyində yerləşib.
Zəlzələ Çanakkala vilayətinin Ayvacık vilayəti sahillərində hiss edilib. Ölən və ya yaralananlarla bağlı məlumat yoxdur.