Yağan yağıntılar çaylarda sululuğun artmasına səbəb olub - QURUM RƏSMİSİ AÇIQLADI

10 Yanvar 2023 09:38 (UTC+04:00)

"Son günlər ölkə ərazisində yağan yağıntılarla əlaqədar respublikanın əksər çaylarında sululuq artıb". Bunu SİA-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, Lənkəran-Astara bölgəsindən axan Təngərüdçay-Vaqo məntəqəsində suyun səviyyəsində 17, Viləşçay-Şıxlarda 2, Lənkərançay-Sifidorda 1, Böyük Qafqazın ərazisindən axan Qusarçay-Kuzunda 3, Kür çayının Qıraqkəsəmən məntəqəsində 3, Surrada 5, Şirvanda 4, Salyanda 9, Bankə məntəqəsində isə suyun səviyyəsində 5 sm artım qeydə alınıb.