İsrail Livan sərhədlərini pozub

10 Yanvar 2023 09:14 (UTC+04:00)

Livan ordusu İsrailin pilotsuz təyyarə və döyüş gəmisi ilə hava və dəniz sərhədlərini pozduğunu açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Livan ordusundan sərhəd pozuntuları ilə bağlı iki yazılı açıqlama verilib.

İlk açıqlamada İsrailə məxsus pilotsuz təyyarənin ölkənin cənubundakı Ramiyə və Mərvahin qəsəbələri arasında 20 dəqiqə uçduğu və daha sonra “işğal olunmuş ərazilərə” geri döndüyü bildirilib.

İkinci açıqlamada ölkənin cənubundakı Ra's Nakura bölgəsindəki Livanın ərazi sularının döyüş gəmisi tərəfindən yarıldığı qeyd edilib.

Açıqlamada hər iki pozuntunun Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti Sülhməramlı Qüvvələri ilə koordinasiyalı şəkildə izləndiyi vurğulanıb.