Sərdarın 60-cı övladı olub

9 Yanvar 2023 19:37 (UTC+04:00)

Pakistanın ən böyük əyaləti olan Bəlucistanın paytaxtı Kvetta sakini Sərdar Can Məhəmməd Xan Xilcinin oğlu olub və o, kişinin 60-cı övladı olub.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, yeni doğulan uşağa Xuşal adı verilib və atasının dediyinə görə, o, nəhayət, böyük bir ailənin kiçik övladı olmayacaq. Sərdar bildirib ki, hazırda üç arvadı və onlardan bu qədər övladı olduğu üçün bununla kifayətlənmək fikrində deyil. Pakistanlı daha çox varis dünyaya gətirəcək dördüncü arvad tapmağa hazırlaşır. Dostları Sərdara yeni həyat yoldaşı axtarışında kömək edirlər.

Qeyd edək ki, dünya ilk dəfə Sərdar Can Məhəmməd Xan Xilci haqqında hələ 2016-cı ildə, onun 35-ci övladı dünyaya gələndə xəbər tutub. Daha sonra müsahibəsində pakistanlı 100 nəslini dünyaya gətirmək istədiyini söyləyib. Görünür, o, bu məqsəd üçün səylərini davam etdirir.

Onun sözlərinə görə, öz klinikasının sahibi Sərdar belə böyük ailəni dolandırmaq gücündədir. Baxmayaraq ki, pakistanlı bəzən bunun olduqca çətin olduğunu etiraf edir.

Nazlı Almuradova