Lənkəran sakini İlqar Bayramov idarə etdiyi "Niva" markalı avtomobillə rayonun Əşlə kəndi ərazisində hərəkət olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi çaya aşıb.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişin Ş.Mirzəyev ölüb.
Faktla bağlı araşdırma aparılır.