Bakı Metropoliteni qarlı hava şəraitində necə çalışacaq? - QUURM RƏSMİSİ AÇIQLADI

9 Yanvar 2023 13:16 (UTC+04:00)

Hava şəraiti əlaqədar olaraq Bakı metrosu necə fəaliyyət göstərəcək? Gücləndirilmiş iş rejimi tətbiq olunacaqmı? Ümumilikdə bu günlər ərzində metropoliteniniş rejimi nədən ibarət olacaq? Məsələ ilə əlaqədar olaraq SİA-nın sorğusuna “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuatla əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Qurum rəsmisi qeyd edib ki, metropoliten hava şəraiti ilə əlaqədar olaraq tam hazır vəziyyətdədir: “İstənilən an hava şəraiti ilə əlaqədar olaraq dəyişiklik baş versə də metropoliten həmin vəziyyətə uyğun hala gətiriləcək. Xüsusi ilə də qeyd edim ki, metropoliten gecə saatlarından etibarən növbətçilik cədvəlimiz üzrə işçi qüvvəmiz cəlb olunub. Bu səbəbdən elə metro səhər saatlarından qatarlar xəttə normal iş rejimi qaydasında çıxıb. Çünki ən çətin məsələ çox saylı yol dəyişdirici qurğulardan qatarların rahat və maneəsiz keçməsini təmin etməkdir. Yol dəyişdirici qurğular qar topası olduğu zaman qatarların digər yola keçməsi qeyri mümkün ola bilər. Bu səbəbdən hər an bu sahədə diqqət və nəzarətdə saxlanılır. Həmçinin bütün adiyyatı sahələrə gücləndirilmiş iş rejimi tıtbiq olunub. Nəzarət mexanizmləri xüsusi olaraq gücləndirilib. Lazımı avadanlıqlarla təchizat məsələlər də xüsusi olaraq baxılır”.