Hansı keçə və prospektlərdə təmizlənmə işləri görülür? - QURUMDAN AÇIQLAMA -FOTOLAR

9 Yanvar 2023 12:29 (UTC+04:00)

Yanvarın 8-i gecə saatlarından başlayan qarlı hava şəraiti yanvar ayının 13-nə kimi davam edəcək. Bəs güclü yağan qar nəticəsində şəhərin küçə və prospektlərində tıxacların qarşısını almaq, insanların rahat şəkildə gediş-gəlişini təmin etmək məqsədi ilə nə kimi işlər görülür? Məsələ ilə əlaqədar olaraq SİA-nın sorğusuna Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Qurumun mətbuat xidmətidən aldığımız məlumata görə, bu gün gecə saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumlar xüsusi, gücləndirilmiş iş rejimində yağan qarın küçə, prospekt və piyada səkilərindən, avtobus dayanacaqları və metro stansiyalarının qarşısından təmizlənməsini aparıblar. Şaxtalı hava şəraitində qarın təmizlənməsi və xüsusi təyinatlı texnika vasitəsi ilə yollara duz və kimyəvi maddələrin səpilməsi həyata keçirilib. İşlər səhər saat 05-00-dan etibarən daha da intensivləşib. Bütün gecə ərzində Bakı Şəhər və Rayon İcra Hakimiyyətlərin rəhbər nümayəndələri ərazilərdə olub və aparılan işləri nəzarətdə saxlayıblar. Küçə və prospektlərimiz 6 saatdan bir duz və kimyəvi maddələrlə təmizlənir.

Təmizləmə işləri mərkəzlə yanaşı Bakıətrafı qəsəbə və yaşayış massivlərində də aparlır.