Seneqaldakı dəhşətli qəzanın ardından milli matəm elan edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Seneqal prezidenti Makki Sall, Kaffrin şəhəri yaxınlığında iki avtobusun toqquşması nəticəsində 38 nəfərin həyatını itirməsindən, 87 nəfərin yaralanmasından çox təəssüfləndiyini bildirib və ölkə daxilində 3 günlük milli matəm elan edildiyini açıqlayıb. Prokurorluqdan verilən açıqlamada bildirilib ki, qəza sərnişin avtobuslarından birinin təkərinin partlaması, qarşı zolağa keçməsi və digər sərnişin avtobusuna çırpılması nəticəsində baş verib.