Şəmkirdə zəhərlənmə faktı qeydə alınıb

9 Yanvar 2023 03:39 (UTC+04:00)

Şəmkirdə zəhərlənmə faktı qeydə alınıb. SİA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb. 1992-ci il təvəllüdlü Lətafət Əmiraslanova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 31 yaşlı qadının vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, L.Əmiraslanova yaşadığı evdə dəm qazından zəhərlənib.