Ronaldo bu göydələndə 17 otaq kirayələdi

8 Yanvar 2023 21:29 (UTC+04:00)

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçən Kriştiano Ronaldonun harada yaşayacağı məlum olub.

SİA Qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu Ər-Riyadda yerləşən 99 mərtəbəli göydələndə - "Kingdom Tower"də yaşayacaq.

Onun elit oteldə 17 otaq kirayələdiyi və bunun üçün ayda 280 min avro ödəyəcəyi bildirilib. Ronaldo burada Çin, Yaponiya, Hindistan mətbəxindən faydalana biləcək.

Xatırladaq ki, Ronaldo "Əl-Nəsr"lə 2.5 illik müqavilə imzalayıb.