İranın qaz emalı zavodunda yanğın olub

8 Yanvar 2023 14:44 (UTC+04:00)

Ötən gün (7 yanvar) İranın cənubunda yerləşən Xuzistan vilayətində Fars Körfəzi Bid-Boland Qaz Emalı Şirkətinin zavodunda pentan boru xəttində yanğının baş verməsi nəticəsində 1 nəfər ölüb.

SİA-nın məlumatına görə, yanğın qaynaqçının boru xəttini qaynaqladığı zaman baş verib.

Hazırda faktla bağlı araşdırma aparılır.