Dünyanın ən böyük vulkanlarından biri püskürüb

8 Yanvar 2023 08:39 (UTC+04:00)

Havay adalarında yerləşən, dünyanın ən aktiv vulkanlarından biri olan Kilauea püskürməyə başlayıb. SİA xəbər verir ki, Amerika Geofizika İnstitutunun məlumatına görə, vulkanın yuxarı hissəsindəki kraterin içərisindən 60 metrlik lava fontanları müşahidə edilir.

Qeyd olunub ki, hazırda partlayış yaşayış məntəqələri üçün heç bir təhlükə törətmir.