"Tottenhem" İngiltərə kubokunda 3-cü tur oyununa çıxıb.
SİA Qol.az-a istinadən xəbər verir ki, Premyer Liqa komandası evdə 1-ci liqa təmsilçisi "Portsmut"la qarşılaşıb. Oyun "Tottenhem"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu 50-ci dəqiqədə Harri Keyn vurub.
Beləliklə, "Tottenhem" növbəti mərhələyə adlayıb.