Sabah bəzi yollar buz bağlayacaq

7 Yanvar 2023 15:10 (UTC+04:00)

Sabah Azərbaycanda bəzi yolların buz bağlayacağı gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvar ayının 8-dən 12-dək ölkə ərazisində yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq bəzi yolların buz bağlayacağı gözlənilir.

Dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarında görünüş məsafəsinin 200-700 m-dək məhdudlaşacağı ehtimalı var.