Ağdamda cari ilin əkinləri üçün 26 min 838 hektar sahədə şum aparılıb

7 Yanvar 2023 15:08 (UTC+04:00)

Ağdam rayonunda cari ilin əkinləri üçün 26 min 838 hektar sahədə şum aparılıb, 21 min 624 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.

Rayon Statistika İdarəsindən SİA-ya verilən məlumata görə, payızlıq səpinlərin 1062 hektarını yaşıl yem, 16 min 874 hektarını dən üçün buğda, 3 min 688 hektarını dən üçün arpa təşkil edir. Torpaq mülkiyyətçiləri yazlıq bitkilərin əkini üçün nəzərdə tutulmuş sahələrdə hazırlıq işləri aparırlar.