Türkiyədə ağır qəza baş verib

7 Yanvar 2023 14:35 (UTC+04:00)

Türkiyədə Diyarbəkir-Silvan şosesi ilə hərəkət edən şəhərlərarası sərnişin avtobusu aşıb. SİA xəbər verir ki, ağır yol-nəqliyyat qəzasında ən azı 5 nəfər həyatını itirib, 22 nəfər yaralanıb.

Yaralılar xəstəxanalara çatdırılıb. Qəzanın səbəbi hələlik açıqlanmayıb. Faktla bağlı araşdırma aparılır.