12,5 tona yaxın müxtəlif növ süd məhsulları məhv edilib

7 Yanvar 2023 13:29 (UTC+04:00)

İstehlaka yararsız 72 adda, 12,5 tona yaxın müxtəlif növ süd məhsulları məhv edilib. SİA xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

“AZ FP CO LTD” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı müraciəti əsasında, Agentlik əməkdaşları tərəfindən 72 adda, 12,5 tona yaxın müxtəlif növ süd məhsulu “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.