"Brent" ucuzlaşıb

7 Yanvar 2023 10:25 (UTC+04:00)

Dünya bazararında neft qiymətləri yenidən dəyişib. SİA xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2023-cü ilin mart müqaviləsinin dəyəri 0,11% azalaraq, 1 barelə görə 78,6 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,08% artaraq, 73,73 dollara bərabər olub.