Elm və təhsil naziri Sumqayıtda vətəndaşları qəbul edəcək

6 Yanvar 2023 16:10 (UTC+04:00)

Elm və təhsil naziri Emin Əmrullayev yanvarın 27-də Sumqayıt şəhərində vətəndaş qəbulu keçirəcək. Nazirlikdən SİA-ya bildirilib ki, qəbulda Sumqayıt şəhərinin, Abşeron, Xızı, Qubadlı, Zəngilan və Laçın rayonlarının sakinləri iştirak edə bilərlər.

Sakinlər yanvarın 19-u saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Eləcə də nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.

Qəbulda yalnız vaxtında müraciət etmiş şəxslər iştirak edə biləcəklər.