Dmitri Solonnikov: Rusiya və Britaniya BMT-də ermənipərəst fransız qətnaməsinin qarşısını aldı - MÜSAHİBƏ

6 Yanvar 2023 15:34 (UTC+04:00)

Rusiyalı ekspert: Azərbaycanla Ermənistan nizamlanmasında Rusiyanın rolu və Ukraynadakı xüsusi hərbi əməliyyatın nəticəsi həlledici olacaq

Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov İrəvanın Ermənistan-Azərbaycan nizamlanmasında siyasəti və vəziyyətin 2023-cü ildə hansı ssenarilər üzrə ionkişaf edə biləcəyi haqqda “Moskva-Baku” portalına müsahibəsində maraqlı fikirlər səsləndirib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Dmitri Vladimiroviç, Ermənistanın Rusiyanı tənqid etməkdə davam etməsi diqqət çəkir. Hökumətin iclasında Nikol Paşinyan bəyan edib ki, Ermənistan Rusiyanın Laçın dəhlizindəki vəziyyətlə bağlı daha fəal olmasını gözləyir, yenə də Azərbaycanın Qarabağ ermənilərinə qarşı planlaşdırdığı hansısa “etnik təmizləmə” ilə bağlı qorxuducu tezislər səsləndirib. Ermənistanın baş nazirinin yeni il çıxışından müttəfiqləri tənqid edən və Ermənistanın beynəlxalq strukturlardan dəstəyini yüksək qiymətləndirən bəyanatlarını da bura əlavə etsək, hansı nəticə çıxarmaq olar?

- Mən deyərdim ki, Ermənistanın yeni ilə bu cür siyasi yanaşmalar köçürməsi ilk növbədə, Fransa və ABŞ-ın həyata keçirdiyi siyasətin davamıdır və keçən ilin sonunda bu daha da gücləndi. Buna misal olaraq dekabrın 31-də BMT Təhlükəsizlik Şurasında Laçın yolu ilə bağlı anti-Azərbaycan qətnaməsinin qəbul edilməsi cəhdini göstərmək olar, Fransanın bu və sonda Rusiya və nə qədər qəribə olsa da, Böyük Britaniya tərəfindən düzəldildi. Makron üçün vəziyyət yenidən çirkinləşdi- o, yenə uduzdu. Öz avropalı “qardaşları” da onun bu ideyasını dəstəkləmədilər.

İstənilən halda, bu cəhdlər Ermənistan mətbuatında tam gücü ilə oynanılacaq və Ermənistan hakimiyyətinin açıqlamaları ilə əsas dəstəyin Fransadan gəldiyi, Rusiyanın heç bir iş görmədiyi nümayiş etdiriləcək. Fransa bu il də anti-Azərbaycan qətnamələri və müraciətləri ilə çıxış etməyə davam edəcək. Düzdür, Parislə Bakı arasında münasibətlərin daha da pisləşməsi və Cənubi Qafqaz siyasətində Fransanın real simasını nümayiş etdirməkdən başqa heç bir nəticəsi olmayacaq. Təbii ki, Paşinyan Fransanın bu cür hərəkətlərinə reaksiya verəcək. Onun üçün bu, onun Ermənistan daxilində əkməkdə davam edəcəyi və bununla da erməni cəmiyyətində ölkənin əsas müttəfiqinin Rusiya deyil, Avropa İttifaqı olduğu hissini yaradacağı və bundan sonra da NATO strukturları ilə qarşılıqlı əlaqələrin gücləndirilməsi məntiqi ilə informasiya fonudur. Aydındır ki, Ermənistanın NATO-ya daxil olması mümkün deyil. Amma Ermənistan cəmiyyətində Qərbə sıçrayışa yol açmaq üçün informasiya emalı gedir.

- Yəni Qərb bu il də Ermənistanı marionet kimi idarə etmək cəhdlərini davam etdirəcək?

- Bəli. Xatırlayırıq ki, ABŞ-ın xaricdəki ən böyük səfirliyi Ermənistanda yerləşir. Paşinyan hakimiyyətə Soros Fondunun sponsorluq etdiyi QHT-lərin dəstəyi ilə gəlib. Heç kim bunu gizlətməyib. Deməli, Ermənistan cəmiyyətinin emalı fəal şəkildə gedir, Ermənistana kimin dost, kimin düşmən olması barədə yalan fikirlər becərilir. Onlar göstərmək istəyirlər ki, Rusiya Ermənistanın xeyrini istəmir. Təbii ki, bu, qətiyyən belə deyil, çünki Rusiya Federasiyası Cənubi Qafqazda sülhün tam və qəti şəkildə bərqərar olmasına, qarşılıqlı faydalı əməkdaşlığa çalışır ki, bu da təbii ki, Ermənistanı iqtisadi cəhətdən də inkişaf etdirəcək.

Ermənistan bu məntiqlə hərəkət edəcək ki, ordumuz indiki vəziyyətdə ikən, biz KTMT-yə, Aİİ-yə daxil olduğumuz halda Cənubi Qafqazdakı vəziyyətdən qalib gələ bilmərik, gəlin NATO standartlarına keçək, sonra birdən-birə uğur qazanaq. Bunların hamısı nağıldır, təbii ki, bundan yaxşı heç nə gəlməyəcək. Amma bu, efirə verilə bilən, inandırılacaq nağıldır. Paşinyan isə indi bunu edir. Ermənistan öz zabitlərini Qərbə təhsil almağa göndərəcək. Birləşmiş Ştatlar, Avropa üçün bu gözəldir, çünki bu, yeni pullar, yeni sifarişlər, xeyli bazar deməkdir- bütün ölkəni onun hesabına yenidən silahlandırmaq.

- Bu yaxınlarda Ermənistan mətbuatında ABŞ və Fransanın Paşinyana KTMT-dən çıxmamağı deməsi, Vaşinqton və Parisin hərbi ssenari baş verəcəyi təqdirdə Ermənistanı qoruya bilməyəcəyini izah etməsi barədə məlumatlar var idi...

- Heç kim Ermənistan üçün döyüşməyəcək. Qərb ölkələri üçün bu, hətta logistika nöqteyi-nəzərindən də çətindir- onlar döyüşə hərbçiləri, texnikanı hansı marşrutlarla göndərəcəklər. Amma Ermənistanı siyasi cəhətdən yenidən formatlaşdırmaq, dediyim kimi, mümkündür. Məqsəd budur. Söhbət Ermənistanın sabah KTMT-dən çıxmasından getmir. Məsələ ondadır ki, bu, mərhələli prosesdir. Və bu, anti-Rusiya əhval-ruhiyyəsinin formalaşması hesabına baş verir. Hakimiyyətin rəsmi açıqlamaları, Rusiya əleyhinə nümayişlər. Məqsəd anti-Rusiya əhvalını o dərəcədə qızışdırmaqdır ki, istənilən erməni siyasətçisi ancaq bu yolla hərəkət etsin. Çünki cəmiyyətdən belə bir xahiş olacaq. Biz Ukraynanın nümunəsini görürük- o zaman ki, yaxın vaxtlara qədər Rusiyaya münasibətdə qardaş dövlət, həm Rusiyada, həm də Ukraynada yaşayan çoxlu sayda qarışıq ailələr, iqtisadiyyatı tamamilə Rusiya ilə münasibətlərə bağlı olan bir dövlət, postsovet boşluq və hər şey yenidən formatlaşdırılıb. Ermənistan nə ilə fərqlənir? Eyni şəkildə yenidən formatlana bilər. Ukraynanın öz faşist cinayətkarları var ki, onlar xüsusilə indi öz milli qəhrəmanları kimi yozulur, Ermənistanın da öz faşist cinayətkarları var, onlar da öz milli qəhrəmanları kimi yozulur. İstənilən halda bu məntiqdə hər şey daha da inkişaf etdirilə bilər. Və onları Qərb kuklaları kimi hazırlayırlar.

- Ermənistanı Rusiyadan qoparmaq nə dərəcədə realdır?

- Hazırda qeyri-realdır. 2008 və ya 2012-ci illərdə olduğu kimi, Ukrayna ilə də bunu etmək qeyri-real idi. Amma indi işə yaradı. Heç bir halda mən Kassandra kimi çıxış etmirəm və hər şeyin mütləq yeganə yol olacağını demirəm, yox. Bu, artıq başlanmış və maliyyələşdirilən layihədir. Bu layihə iflas ola da bilər, çünki Soros tərəfindən maliyyələşdirilən bir çox digər layihələr iflasa uğrayıb. Bildiyiniz kimi, bir vaxtlar özlərini rahat hiss etdikləri Soros layihələri bir sıra ölkələrdən qovuldu. Bu, Ermənistanda da ola bilər. Amma hələlik bu layihə Ermənistanda təbliğ olunur.

- Bayaq dedik ki, 2023-cü ilin dünya üçün dönüş nöqtəsi olacağı proqnozlaşdırılır. Cənubi Qafqazda, Ermənistan-Azərbaycan həllində hansı ssenarilər mümkündür?

- Ciddi hərbi ssenari çətin ki mümkün olsun, axı Ermənistan 44 günlük müharibədə məğlubiyyət şokundan hələ də çıxmayıb. Ona görə də, xüsusilə Azərbaycan ərazisində, Laçın dəhlizində yeni müharibə ssenarisi real deyil. Ermənistan tərəfindən təxribat törətmək və KTMT-ni istənilən potensial münaqişəyə cəlb etmək cəhdləri davam edəcək. Amma biz dəfələrlə görmüşük ki, KTMT bitərəf mövqe tutur və Ermənistanın təxribatlarına boyun əymir. Ümumiyyətlə, 2023-cü ildə Ermənistan-Azərbaycan nizamlanması prosesində, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması istiqamətində ciddi irəliləyiş olmasa, çətin ki, nəsə dəyişsin. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında vəziyyətin hərəkəti üçün bir çox cəhətdən Rusiyanın rolu və xüsusi hərbi əməliyyatın nəticəsi həlledici olacaq. Əgər Rusiya Ukraynadakı xüsusi hərbi əməliyyatda özü üçün müsbət nəticələr göstərə bilsə, o zaman diqqətini Cənubi Qafqaza yönəldə biləcək. Ukraynada Rusiya üçün müsbət ssenari yaranarsa, Ermənistanın təxribatlarını dayandırıb sülh müqaviləsi imzalamalı, Zəngəzur dəhlizini açmalı, nəqliyyat-logistika əlaqələri yaratmalı olacaq. Dəfələrlə deyilib ki, bu, Ermənistan üçün əsaslı surətdə faydalıdır, çünki bu, sərhədlərin açılmasını, investisiya mühitinin yaxşılaşdırılmasını, yeni iş yerlərinin, əhali üçün yeni imkanların yaradılmasını nəzərdə tutur. Lakin bütün bunlar Rusiyanın prosesdə fəal iştirakı və Ukrayna əməliyyatının Rusiya üçün müsbət ssenarisi ilə bağlıdır.

- Bəs Türkiyə və çoxqütblü dünyanın qurulmasında, Böyük Avrasiyanın inkişafında maraqlı olan digər dövlətlər Bakı ilə İrəvan arasında tezliklə normallaşmanın tərəfdarı olacaqmı?

- Türkiyə də Rusiya kimi Cənubi Qafqazın sülh şəraitində olmasında maraqlıdır ki, regionda iqtisadi əməkdaşlıq, ticarət, logistika əlaqələrinin inkişafı üçün müsbət şərait yaradılsın. Rusiyanın cənub hissəsindən, Azərbaycandan keçməklə, daha sonra Zəngəzur dəhlizi ilə Ermənistan ərazisindən keçməklə Naxçıvana, oradan da Türkiyəyə, Aralıq dənizi limanlarına dəhliz əldə etmək sərfəlidir. Eyni şəkildə əks istiqamətdə - Xəzər dənizi vasitəsilə Orta Asiyaya doğru Türkiyə üçün faydalıdır. Bu, hər iki istiqamətdə işləyəcək bir logistik əlaqədir. Ona görə də Türkiyə də Rusiya kimi sülh müqaviləsinin ən qısa zamanda imzalanmasında və hər şeyin 2020-ci ildə üçtərəfli bəyanatla planlaşdırıldığı kimi işləməsində maraqlıdır.

Böyük Avrasiya Tərəfdaşlığının tərəfdarlarının hamısı Cənubi Qafqazda tezliklə yekun nizamlanmada maraqlıdır. Ona görə də biz qarşıdurma görürük: Böyük Avrasiyanın uğurlu inkişafında maraqlı olanlar da var, buna köklü şəkildə qarşı çıxanlar da. Qərb Böyük Avrasiyada xaos səpməkdə maraqlıdır, bu, ənənəvi siyasətdir– xaos səpmək, sonra isə onu idarə etməyə çalışmaqdır. Biz artıq gördük ki, Qərb Ukrayna ilə bağlı Minsk razılaşmaları ilə bağlı tam eyni mövqedən çıxış edir. İndi Almaniya və Fransa etiraf etdilər ki, Minsk razılaşmaları imzalanandan bəri bu qədər illər ərzində məqsədləri onları həyata keçirmək deyil, zamanla oynamaq idi. Cənubi Qafqazda da Avropanın təklifi tam eynidir- gəlin boş yerə vaxt itirək, nəsə danışaq və bu müddət ərzində Ermənistanı yenidən silahlandırmağa, qoşunlarımızı bölgəyə yeritməyə çalışacaq.

İstənilən halda Rusiya KTMT, MDB, Aİİ institutları vasitəsilə Ermənistanı stimullaşdırmağa, sülhməramlı mövqe tutmağa çalışacaq. Rusiya bütün bu qurumlardan Cənubi Qafqazda sülh siyasətini həyata keçirmək üçün istifadə edəcək və yenə də 2020-ci il qərarlarının icrasına nail olacaq.

- 2023-cü ildə Azərbaycan özünü necə aparacaq? Laçın dəhlizindəki vəziyyət, Bakıdan son bir siqnaldır, (baxmayaraq ki, Ermənistan bundan siyasi və təbliğat məqsədləri üçün istifadə edir) səbrimiz tükənir.

- Laçın yolu ətrafında yaranmış vəziyyətdə erməni separatçılarının rəhbərləri öz dağıdıcı fəaliyyətləri ilə erməni cəmiyyətinin daxilində xal qazanmağa, erməni əhalisi arasında ədalətsizlik hissini, qisasçılıq həvəsini qızışdırmağa çalışırlar. Və bu hərəkətləri ilə, o cümlədən Paşinyana qarşı oynayırlar. Bu, çox mürəkkəb erməni oyunudur. Paşinyan 100% sabitliyini hiss etmir. Onun yerini açıq şəkildə hədəfləyən qüvvələr meydana çıxdı. Laçın yolu ətrafında baş verənlər çox mürəkkəb oyun birləşmələridir: Avropa İttifaqı və Ermənistan, ən yaxın qonşuları olan Ermənistan, indiki Ermənistan rəhbərliyinə qarşı separatçılar.

Azərbaycan özünü əvvəlki qaydada aparacaq- sakit, böyük təmkinlə, siyasi səriştəli, siyasi təzyiqlərin getdikcə artması ilə.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.