Almaniya Ukraynaya hərbi yardım edəcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, Almaniyanın Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemi və “Marder” tipli zirehli döyüş maşınları verəcəyi açıqlanıb.
Digər tərəfdən, "Reuters" xəbər agentliyi ABŞ-ın da 50 Bradley tipli zirehli döyüş maşını göndərəcəyini yazıb. ABŞ prezidenti Co Bayden hərbi döyüş maşınları göndərməyi nəzərdən keçirdiklərini açıqlayıb.
Almaniya kansleri Olaf Şolz telefon danışığında bu barədə ABŞ prezidenti Co Baydenə ətraflı məlumat verib.
Bəyanatda iki liderin Rusiyanın Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsi ilə bağlı fikir mübadiləsi aparıldığını və Ukraynanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyini dəstəkləri bir daha ifadə etdikləri bildirilib.