Rusiya atəşkəsi nəyə görə elan edib? - POLİTOLOQ DANIŞDI

6 Yanvar 2023 12:40 (UTC+04:00)

“Rusiyanın bir günlük atəşkəs elan etməsi, məlum olduğu kimi, Milad bayramı ilə əlaqədar idi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov bildirib.

Politoloq qeyd edib ki, bununla əlaqədar olaraq Patriarxat Kirill hər iki tərəfdən xahiş edərək müharibənin bir günlük olaraq dayandırılmasını istəmişdi: “Rusiya tərəfi isə insanların kilsələrə getməsi üçün atəşkəsin birtərəfli şəkildə edilməsini qeyd etmişdir. Təbii ki, bu, müharibənin bitməsi demək deyil. Müharibə davam edəcək. Rusiya-Ukrayna arasında olan müharibə qlobal nizamın dəyişilməsi və müəyyən qüvvələrin öz məqsədlərinə çatması üçün vasitə rolunu oynayacaqdır”.