"Tatler” jurnalına görə Britaniya kral ailəsinin ən gözəl qadını Ledi Amelia Vindzor olub.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Daily Express” məlumat yayıb.
Qeyd edək ki, 27 yaşlı Amelia Vindzor hazırda Böyük Britaniyada taxt-tac üçün 42-ci yerdədir. Amelia ailə tədbirlərində nadir hallarda görünür, vaxtının çoxunu modellik karyerasına həsr edir. Şahzadə Uilyam və Harrinin ikinci əmisi oğlu Storm Models model agentliyi ilə uğurla əməkdaşlıq edir və bir çox dünya brendlərinin şoularında iştirak edir.
Qeyd edək ki, Tatler Ledi Amelianı kral ailəsinin ən gözəl qadını adlandırdıqdan sonra internet istifadəçiləri Keyt Middlton və Meqan Marklın itkisi ilə bağlı zarafat etməyə başlayıblar.
“Gənclik qalib gəlir - və bu göz qabağındadır”, “Çox gözəl qız. Ən əsası isə o, kral mənşəyi ilə öyünmür”, “Mən həm Keyti, həm də Meqandan yan keçdim!”, – bunları internet istifadəçiləri yazıb.
Qeyd edək ki, daha əvvəl britaniyalıların demək olar ki, yarısı şahzadə Harri və Meqan Marklın titullarından məhrum edilməli olduğuna inandığını bildirilmişdi.
Nazlı Almuradova