Azərbaycanda COVID-19 əleyhinə 396 vaksin vurulub

5 Yanvar 2023 19:15 (UTC+04:00)

Yanvarın 5-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 396 vaksin vurulub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 932 min 675, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 396 min 890, ikinci mərhələ üzrə 4 milyon 875 min 728, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 395 min 397, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 264 min 660-dır.