Ukrayna rus əsgərlərinin kazarmasına raket hücumu həyata keçirib

5 Yanvar 2023 10:59 (UTC+04:00)

Yanvarın 1-də Ukrayna qüvvələri Donetsk vilayətinin Makivka şəhərində işğalçı rus əsgərlərinin müvəqqəti yerləşdiyi kazarma binasına raket hücumu həyata keçirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada aralarında polkovnik-leytenant olmaqla 89 əsgərin şəhid olduğu qeyd edilib. Nazirliyin açıqlamasında bildirilib ki, hücumun əsas səbəbi qadağaya baxmayaraq əsgərlər tərəfindən mobil telefonların açılması və intensiv istifadəsi olub. Əsgərlərin koordinatları belə tapılıb.

Ukrayna tərəfi hücumda 300 əsgərin öldüyünü bildirsə də, Rusiya rəsmiləri ölənlərin sayının artmasından narahat olduqlarını bildirib. Ölənlərin yenicə səfərbərlik çərçivəsində orduya çağırılan yeniyetmələrin olması və onların bir güllə də atmadan kütləvi şəkildə həlak olması rus xalqının böyük qəzəbinə səbəb olub. Müdafiə Nazirliyi telefondan istifadə edən əsgərləri və onlara xəbərdarlıq etməyən yerli idarəçiləri günahlandırsa da, müxalif Rusiya mediası, xalq arasında ordunun özünü qorumaq iqtidarında olmaması fikrinin yayıldığını vurğulayıb.