19 uşağın ölümündən sonra Özbəkistanda satışı qadağan edilən Hindistan dərmanı “Doc-1 Max”dan Sirdaryada 7, Fərqanədə isə bir uşaq zəhərlənib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə regional səhiyyə idarəsinin rəis müavini Oltina Esanova məlumat verib.
Onun sözlərinə görə, onlardan dördü sağalaraq evə buraxılıb, üçü isə hələ də reanimasiya şöbəsindədir.
Özbəkistan Hindistan istehsalçısı “Marion Biotech”dən aldığı dərmanı qəbul edən 19 uşağın öldüyünü rəsmən təsdiqləyib. Araşdırma zamanı məlum olub ki, preparatın partiyasında tibbi qaydalarla nəzərdə tutulmuş normadan 300 dəfə artıq həcmdə etilen qlikol olub. Halbuki bunun əvəzinə tərkibində propilen qlikol olmalıdır.
Hazırda azı 19 uşağın ölümünə səbəb olan “Doc-1 Max” dərmanı ilə bağlı vəziyyətlə bağlı araşdırma aparılır. Faktla bağlı Səhiyyə Nazirliyinin İstintaq İdarəsi cinayət işi açıb.
Özbəkistanda “Doc-1 Max” tablet və şərbətinin satışı 22 dekabr 2022-ci il tarixindən müvəqqəti olaraq dayandırılıb. Prokurorluq vətəndaşları Özbəkistanın apteklərindən çıxarılan “Doc-1 Max” dərmanını qəbul etməməyə çağırıb.
Dekabrın 30-dan etibarən Özbəkistanda Hindistanın “Marion Biotech” şirkətinin istehsalı olan və ölkədə qeydiyyatdan keçmiş bütün növ dərman vasitələrinin satışı müvəqqəti olaraq dayandırılıb.
Qeyd edək ki, Özbəkistanın qonşu ölkələrində - Tacikistan və Qırğızıstanda da tablet və "Doc-1 Max" şərbətinin satışı dayandırılıb.
Ağasəf Babayev