Bu arada STV telekanalına danışan “Horizont Holding Management Company” ASC-nin baş direktoru Yuri Predko, Belarus noutbuku “H-book MAK4”-ü “MacBook”a bənzədib.
SİA-nın əldə etdiyi məlumata görə, Yuri Predko müqayisələrində bir az ehtiyatlı olub. O, Belarusun Amerika şirkətinin texnologiyasına əməl etdiyini desə də, amma istehsalçının məhsulunu “alma” ilə müqayisə edildiyini iddia etməyib.
Ümumiyyətlə, baş direktor, Belarus noutbukunu çox layiqli məhsul adlandırıb.
Qeyd edək ki, cihazın xüsusiyyətlərini sadalayan Predko onların arasında - 178 dərəcə baxış bucağı, nazik və yüngül dizayn və mülkiyyətçi BIOS proqramı olduğunu və bundan “H-book MAK4” un qızmadığını, səssiz işlədiyini bildirib.
Xatırladaq ki, “H-book MAK4” un qiyməti 1500 Belarus rublundan bir qədər azdır. Məhsullar artıq sınaq üçün şirkətə təhvil verilib.
Onu da qeyd edək ki, bundan əvvəl “Nikkei” qəzeti Amerikanın “Apple” korporasiyasının özünün “MacBook” noutbuklarının istehsalını Çindən Vyetnama köçürməyə hazırlaşdığını bildirmişdi.
Ağasəf Babayev