Naftalanda 64 yaşlı kişi odlu silahdan açılan atəş nəticəsində ölüb

4 Yanvar 2023 14:02 (UTC+04:00)

Naftalan şəhər sakini aldığı güllə yarasından dünyasını dəyişib. SİA xəbər verir ki, hadisə şəhərdəki mənzillərin birində baş verib.

1959-cu il təvəllüdlü Firuz Qocayev odlu silahdan açılan atəş nəticəsində güllə yarası alıb və yerindəcə vəfa edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.