Təhsil proqramları Boloniya sisteminin tələblərinə uyğunlaşdırılır

4 Yanvar 2023 13:59 (UTC+04:00)

Azərbaycan Texniki Universitetində (AzTU) bakalavriat və magistratura səviyyələrində təhsil proqramlarının Boloniya sisteminin tələblərinə uyğunlaşdırılması istiqamətində tədbirlər görülür.

AzTU-dan SİA-ya bildirilib ki, bu məqsədlə magistratura səviyyəsində kibertəhlükəsizlik və enerji menecmenti sahələri üzrə yeni məzmun hazırlanıb və tətbiq edilir.