Almaniyada ən yüksək infilyasiya qeydə alınıb

4 Yanvar 2023 00:17 (UTC+04:00)

Almaniyada son 70 ildən ən yüksək infilyasiya qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi məlumat yayıb.

Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar enerji və ərzaq qiymətlərinin kəskin artması nəticəsində 2022-ci ildə illik inflyasiya 7,9 faizə çatıb. İllik inflyasiya sonuncu dəfə 1951-ci ildə, müharibədən sonrakı iqtisadi bum dövründə 7,6 faiz təşkil edib. 2021-ci ildə illik inflyasiya 3,1 faiz olub.

Qiymətlərin artması istehlakçıların alıcılıq qabiliyyətini aşağı salır. Son aylarda bir çox alman həmkarlar ittifaqı inflyasiyanın təsirlərini kompensasiya etmək üçün əmək haqqının artırılması üçün kampaniya aparıb.