Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 7 %-dən çox artıb

3 Yanvar 2023 12:43 (UTC+04:00)

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 7,3 %artaraq 8 milyard 129,6 milyon manat təşkil edib. SİA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, bunun 6 milyard 192,3 milyonmanatlıq hissəsi hüquqi şəxslərə məxsus olub ki, bu da, xidmətlərin ümumi dəyərinin 76,2 %-ni təşkil edib.

11 ay ərzində hər bir ölkə sakini orta hesabla 807,6 manatlıq və yaxud 1 il əvvələ nisbətən 122,3 manatdan çox dəyərdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.