Ayasofya məscidini 13 milyon 656 min 229 nəfər ziyarət edib

2 Yanvar 2023 19:37 (UTC+04:00)

Keçən il Ayasofya məscidini 13 milyon 656 min 229 nəfər ziyarət edib.
SİA-nın əldə etdiyi məlumata görə, İstanbul valisi Əli Yerlikaya sosial media hesabında Ayasofya məscidini ziyarət edənlərin sayını paylaşıb.

Vali Yerlikaya paylaşımında “Prezident Rəcəb Tayyib Ərdoğanın tarixi imzası il (24 iyul 2020-ci il cümə namazı ilə) tarixi imzası ilə yenidən ibadət üçün istifadəyə verilən Fatih Sultan Mehmet Xanın əmanəti, İstanbulun göz bəbəyi Ayasofya məscidi 2022-ci ildə 13 milyon 635 min 229 ziyarətçi qəbul etdi" deyib.