Şaxta baba nə qədər pensiya alır?

1 Yanvar 2023 17:13 (UTC+04:00)

Şaxta babanın iş təcrübəsini şərti olaraq 1930-cu illərin sonlarında başlamış hesab etmək olar. Məhz o zaman Yeni il Sovet İttifaqında yenidən rəsmi bayrama çevrildi. Ancaq xidmət müddətini nəzərə alaraq, Yeni il babasının pensiyasının 10 min rubldan bir qədər çox olduğunu dyə bilərik.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya Xalqlar Dostluğu Universitetinin İqtisadiyyat fakültəsinin dosenti Andrey Girinski “PRIME” agentliyinə belə rəqəmlər verib.

Ekspertin sözlərinə görə, Şaxta baba formal olaraq pensiya qanunvericiliyi nöqteyi-nəzərindən işləyən təqaüdçüdür və bu o deməkdir ki, onun bu halda pensiyaların indeksləşdirilməsi, həmçinin yaşayış minimumuna əlavə ödəniş hüququ yoxdur.

Əslində, pensiya əlavələri üçün yeganə hüquq ondan asılı olan nəvə Sneguroçka üçün əlavə ödəniş ola bilər. Ancaq onun bunu əldə etməsi fakt deyil - bəlkə də nəvə artıq yetkindir və özü pul qazana bilər.

"Eyni zamanda, nəzərə almaq lazımdır ki, pensiyanın maliyyələşdirilən hissəsi 2024-cü ilə qədər dondurulur, baxmayaraq ki, Şaxta babanın yaşı və doğum ili qeyri-müəyyən olduğu üçün bunun o qədər də əhəmiyyəti yoxdur" deyə rusiyalı dosent bildirib.

Nazlı Almuradova