Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubuna transfer olan portuqaliyalı futbolçu Kriştianu Ronaldu yeni klubunda ilk açıqlamasını verib. SİA xəbər verir ki, 37 yaşlı portuqaliyalı bildirib ki, özünü başqa ölkədə və yeni liqada sınamağı səbirsizliklə gözləyir.
“Ən-Nəsr”in baxışı çox ruhlandırıcıdır. Mən öz tərəfdaşlarıma qoşulduğum üçün xoşbəxtəm, biz birlikdə komandaya yeni uğurlar qazanmağa kömək edəcəyik”, – deyə K.Ronaldu bildirib.
Qeyd edək ki, portuqaliyalı ulduz Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubu ilə 2,5 illik müqavilə imzalayıb.