Enerji içkilərinin sağlamlığa hansı zərərləri var? - DİETOLOQ MÜNASİBƏT BİLDİRDİ

30 Dekabr 2022 16:21 (UTC+04:00)

"Bir ara enerji içkiləri çox dəbdə idi. Onların ziyanı haqqında çox az adam bilirdi. Xüsusilə də, bu müddət ərzində xeyli insan, bəlkə də kütləvi olaraq enerji içkilərini içirdilər". Bu sözləri SİA-ya açıqlamasında dietoloq Sevinc Həsənzadə deyib.

Onun sözlərinə görə, enerji içkilərini uşaqların da çox sevdiyini nəzərə alaraq valideynlər enerji içkilərini övladlarına da verir ki, uşağın gözü qalmasın: "Son vaxtlar bu içkilərin zərərindən bəhs edən xeyli məlumatlar yayılsa da, enerji içkilərindən xeyli insan gündəlik istifadə edir. Onların arasında uşaqların da olması sarsıdıcı haldır.

Yeniyetmələr bu barədə az məlumatlı olsalarda , onların enerji içkiləri istehlakı da nəzərə alınmalıdır".

Dietoloq sözlərinə davam edərək bildirib ki, enerji içkilərinin zərəri əsasən tərkibində olan kofeinlə əlaqələndirilir: "Çox miqdarda kofein istehlakı (enerji içkilərində olduğu kimi) alkoqolun təsirini azaltmadan yuxuları azaldır.

Buna görə də, insanların alkoqol və kofein qarışığı inhibe itkisinə səbəb ola biləcəyi üçün təhlükəli davranışlarla məşğul olma riski var.

Mən istərdimki ailələr enerji içkilərinin zərərləri haqqında məlumatlandırılsın. Enerji içkilərinin tərkibində olan kofeinin uşaqların və yeniyetmələrin inkşafında zərərli təsirlərinin olması nəzərə alınaraq uşaqlara satışı məhdudlaşdırılsın. Enerji içkilərinin yaratdığı fəsadlar və zərərləri barədə geniş maarifləndirmə tədbirləri həyata keçirilsin".