"Həyatımız ev və iş arası get-gəllərdən ibarət olsa da, özümüzə və sağlamlığımıza qarşı daima diqqətli olmalıyıq. Bəzən gündəlik işlərimizin içində öz sağlamlığımıza laqeyd yanaşa bilirik". Bu sözləri SİA-ya açıqlamasında dietoloq Sevinc Həsənzadə bildirib.

Dietoloq qeyd edib ki, bu laqeydlikdən yaranan problemlər sonradan peşman olmağımıza səbəb ola bilər: "Daha hərəkətli bir həyat tərzi keçirməyin təsəvvür etdiyindən daha böyük fayda gətirə bilər. Bunun üçün isə idman salonuna getməyə, xüsusi alətlər almağa, heç çölə çıxmağa da ehtiyac yoxdur. Sadəcə evdə bəzi məqamlara diqqət etmək kifayətdir.
Günə necə başladınsa, də elə davam edəcəksən. Bunun üçün günə səhər idmanı ilə başlamağın vacibdir. Bu heç tam idman da sayılmaz, sadə dartılma və gərilmə hərəkətləri kifayətdir. Hər səhər yuxudan durarkən kiçik hərəkətlərlə bədənini açmağın sənə xüsusi gümrahlıq və yaxşı əhval-ruhiyyə bəxş edəcək.
Evdə oturmusan və ancaq yemək yeyirsənsə, bilməlisən ki, belə alınmayacaq. Mütləq qidalanmana fikir verməlisən. Həm qida tərkibi, həm də qidalanma aralıqları önəmlidir. Yağlı və duzlu yeməklərdən uzaq durssanız,sağlam qidalanmanı seçsəniz bu sizi artıq çəkidən və yorğunluqdan qoruyar.
Meyvəyə və maye qəbul etməyə də xüsusi fikir verməyiniz yaxşı olar. Qidalanma həm də ona görə önəmlidir ki, orqanizmin ehtiyacı olan vitaminləri vaxtında qəbul edə biləsiniz. Həm də vitaminləri təbii qidadan almaq daha yaxşı seçimdir. Bu səbəbdən qəbul etdiyiniz qidaların tərkibi ilə mütləq maraqlan. Sənə lazım olan müəyyən vitaminli qidaları müəyyən aralıqlarla qəbul etməyiniz tövsiyə olunur".