Bayram günlərində bir sıra dövlər qurumları gücləndirilmiş iş rehimində çalışacaq. Bəs "ASAN" Xidmət mərkəzləri bayram günlərində necə fəaliyyət göstərəcək? Mövzu ilə əlaqədar olaraq SİA-nın "ASAN" Xidmətə sorğusuna qurumun mətbuat xidmətindən cavab verilib.
Qurumdan bildirilib: “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə: "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 31 dekabr – 4 yanvar tarixində “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq. 5 yanvar tarixindən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər".