Azərbaycan Türkiyə ilə turizm təhsili sahəsində əməkdaşlıq etmək istəyir

29 Dekabr 2022 17:28 (UTC+04:00)

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Türkiyə universitetləri ilə əməkdaşlıq etmək niyyətindədir. SİA xəbər verir ki, bu məsələ Dövlət Turizm Agentliyi və ATMU nümayəndələrinin Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı ilə görüşündə müzakirə edilib.

“Görüşdə akademik əməkdaşlıq və turizm təhsili ilə bağlı məsləhətləşmələr aparılıb”-, deyə səfirliyin "Facebook"dakı açıqlamasında qeyd olunub.