"Medianın İnkişafı Agentliyi tərəfindən ilboyu Azərbaycan Respublikasının jurnalistləri və media subyektləri üçün təlimlərin keçirilməsi davam etdirilir". SİA xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov "Media Menecmenti" təlim proqramının bağlanış mərasimində qeyd edib.
İcraçı direktor bildirib ki, bugünkü təlimimiz ilin sonuncu təlimidir: "Media Menecmenti" adlı təlimimizin əsas məqsədi media subyektlərimizin menecmentlərinin bilik və bacarıqlarının artırılmasıdır. Həmçinin media sahəsində idarəetmə bacarıqlarının inkişaf etdirilməsi, peşəkarlığın artırılması baxımından müəyyən köməkliyin göstərilməsidir. Biz təlim üçün xaricdən media mütəxəssimizi dəvət etmişik. Belə təlimlərin keçirilməsi davamlı xarakter daşıyacaq, Azərbaycanın informasiya mühitində çalışan həmkarlarımızln bilik və bacarıqlarının, təcrübələrinin artırılmasında kömək olacaq".