Amasraya 5 ay ərzində Rusiyadan 5 min turist gəlib

29 Dekabr 2022 16:52 (UTC+04:00)

Türkiyənin Bartın vilayətinin mətbəx mədəniyyəti, tarixi binaları və təbii gözəllikləri ilə məşhur olan Amasra rayonunu 5 ay ərzində Rusiyadan gələn 5 min 183 turist ziyarət edib.

SİA-nın əldə etdiyi məlumata görə, çimərlikləri, təmiz qumu, az dalğalı dənizi və təbiətlə bütövləşən gözəllikləri ilə seçilən turizm bölgəsində ilk dəfə avqust ayında gələn "Astoria Grande" kruiz gəmisi 9-cu dəfə rayon limanına yanaşıb.

Rusiyadan yola düşərək İstanbul üzərindən Amasra limanına gələn və 270 sərnişin və 413 personal daşıyan gəminin sərnişinləri rayonun tarixi və turistik yerlərini gəziblər.

Rusiyadan gələn turistlərin bir hissəsi YUNESKO-nun (Birləşmiş Millətlər Təhsil, Elm və Mədəniyyət Təşkilatı) Dünya İrs Siyahısında yer alan tarixi evləri ilə məşhur olan Karabükün Safranbolu rayonuna tur avtobusları ilə gedib.

Gəminin növbəti dayanacağı Sinop şəhəri olacaq.

3 avqustda 327, 14 sentyabrda 779, 28 sentyabrda 843, 5 oktyabrda 796, 19 oktyabrda 662, 12 oktyabrda 613, 25 oktyabrda 716, 20 dekabrda 177 və bu gün "Astoria Grande" ilə 270 sərnişinlə Amasrada lövbər salan tarixi rayonu cəmi 5183 Rusiyadan gələn turist ziyarət edib.