Məşhurun konserti təxirə salındı

29 Dekabr 2022 11:32 (UTC+04:00)

Məşhur türkiyəli star Bülent Ersoyun Bakıda verəcəyi konsert təxirə salınıb. SİA xəbər verir ki, sənətçinin 31 dekabr paytaxda baş tutacaq səfəri başqa bir tarixə ertələnib. Buna səbəb isə tədbirin keçiriləcəyi yerin sənədlərindəki əksikliklə bağlı olub.

Qeyd edək ki, Bülent Ersoyun bir neçə il bundan əvvəl Bakıda keçirilməsi nəzərdə tutulan konserti pandemiya səbəbindən ləğv edilmişdi.