Amerikalı milyarder İlon Mask "Twitter" mikrobloqunda çarpayısının yanındakı dolabın fotosunu paylaşıb. SİA xəbər verir ki, fotoda çox maraqlı əşyalar var: dörd qutu kofeinsiz "Diet Coke" ilə yanaşı, iki tapança, "Şirkətdə və söhbətdə nəzakət və layiqli davranış qaydaları" kitabı və Buddist ritual obyekti "Vajra Dorje". Həmçinin dolab Vaşinqtonun "Delaver çayını keçdiyi"ni əks etdirən tablo ilə bəzədilib.