Bu arada ilin sonuna “CEOWORLD” nəşri dünyanın ən sağlam ölkələrinin reytinqini açıqlayıb.
Hər bir ştatın əhalisinin sağlamlıq səviyyəsini qiymətləndirmək üçün ekspertlər Birləşmiş Millətlər Təşkilatının Əhali Bölməsinin, Dünya Bankının, Ümumdünya Səhiyyə Təşkilatı mütəxəssislərinin məlumatlarından və “The Lancet” elmi nəşrinin araşdırmalarından istifadə ediblər.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, İtaliya siyahıya başçılıq edir.
İkinci yerdə Sinqapur, üçüncü yerdə İslandiyadır.
Rusiya reytinqin yalnız 71-ci pilləsində idi.
Qeyd edək ki, 195 ölkənin yer aldığı reytinqin sonuncu pilləsində Cənubi Afrikanın kiçik bir krallığı olan Svazilend qərar tutub.
Ağasəf Babayev