Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 90 yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 826 min 165 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 min 641 nəfər müalicə olunaraq sağalıb, 10 min 8 nəfər vəfat edib. Aktiv xəstə sayı 516 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 82, bu günə qədər isə ümumilikdə 7 milyon 425 min 687 test icra olunub.