Ərzurum şəhərinin "cag" kababı

28 Dekabr 2022 16:58 (UTC+04:00)

"Tastatlas" səyahət rəhbəri 2022-ci ilin ən yaxşı mətbəxlərini və yeməklərini seçib.

Siyahıda dünyanın hər yerindən yeməklərinə yer verən "Tasteatlas" Türkiyədən Ərzurum şəhərinin "cag" kababını da ilk 10 yemək sırasına daxil edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bütün dünyada məşhur olan "cağ" kababını hazırlayacaq ustaya tələbat da artıb.

"Cağ" kababı türk mətbəxində keçi və ya quzu ətindən hazırlanan kabab növüdür.

Ənənəvi olaraq Ərzurumun Oltu rayonunda hazırlanan cağ kababı əvvəlcədən bişmiş ətin yassı şişə qoyularaq odun üzərində bişirilməsi ilə hazırlanır.

Kabab cağ adlı şişdən istifadə edildiyi üçün bu adı götürüb.