26 yaşında estetik əməliyyat etdirərək tanınmaz hala gəldi

28 Dekabr 2022 16:45 (UTC+04:00)

33 yaşlı ukraynalı Anastasiya Pokreşçuk ilk estetik əməliyyatını 26 yaşında etdi və bir daha əvvəlki kimi olmadı. SİA xarici mətbuata istinadən xəbər verir ki, Anastasiya o qədər əməliyyat etdirib ki, indiyə qədər üzündə nə qədər dolgu olduğunu unudub.

Dodaqlarında, yanaqlarında və dodaq künclərində dolğu olan Anastasiya bununla kifayətlənməyib, alnına botoks vurduraraq çənəsini yenidən formalaşdırıb.

Bu əməliyyatlara minlərlə dollar xərcləyən Anastasiya tamam başqa insana çevrilib. "İnstaqram" hesabından 2017-ci ilə aid fotosunu paylaşan gənc qadının izləyiciləri onları tanıya bilməyib. Fotoda heç bir estetik əməliyyatı olmayan, buruq və sarı saçlı görünən Anastasiya indi çəhrayı saçlara və iri yanaqlara sahibdir. İzləyiciləri Anastasiyanın əvvəlki halını daha çox bəyəniblər.