Cəmiyyətdə qız uşağı niyə arzulanmır? - ARAŞDIRMA

28 Dekabr 2022 11:23 (UTC+04:00)

BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin ekspertlərinin hesablamalarına görə, 2030-cu ildə əhalinin sayı 8,5 milyarda, 2050-ci ilə qədər 9,7 milyarda çata bilər, 2080-ci illərdə əhalinin pik həddi 10,4 milyard nəfərə çata bilər, bu rəqəm 2100-cü ilə qədər bu səviyyədə qalacaq. Uzun ömürlülüyə gəldikdə isə, 1950-ci illərdə dünya əhalisinin orta ömür uzunluğu təqribən 50 il idisə, 2019-cu ildə bu göstərici 72,8 yaşa yüksəlib. Lakin 2021-ci ildə COVID-19 pandemiyası səbəbindən bu rəqəm 71 ​​yaşa düşüb.

Ömür uzunluğunun artmasının nəticəsi əhalinin yaş strukturunda dəyişiklikdir. Əgər 1950-ci illərdə 65 yaşdan yuxarı insanlar ümumi əhalinin 5%-ni 2050-ci ilə qədər bu rəqəmin artacağı proqnozlaşdırılır.

Böyük Britaniya da daxil olmaqla bir sıra dövlətlər hələ də immiqrasiyanın köməyi ilə demoqrafik problemləri həll edirlər.

Bəzi ölkələr yeni doğulanlara qulluq, pulsuz uşaq bağçaları, nağd pul köçürmələri və yeni ana olmuş qadınların işə düzəlməsi üçün valideyn məzuniyyətinin uzadılması ilə doğum nisbətini stimullaşdırmağa çalışır. Amma bu tədbirlərin nə dərəcədə effektiv olduğunu söyləmək çətindir.

Əhalinin artmasından və ya azalmasından asıllı olmayaraq qız uşaqlara o qədər də maraq göstərilməməsi, oğlan uşaqların daha çox arzu olunması heç kəsə sirr deyil. Bəs niyə cəmiyyət tərəfindən qız uşaqları sevilmir?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Təəssüf ki, dünyanın bir çox cəmiyyətlərində də qız uşaqlarına qarşı münasibət birmənalı deyil. Bəzi ailələrdə qız övladının varlığı valideynlər üçün yük kimi qəbul olunur. Bu düşüncənin çox qədim kökləri, ibtidai təməlləri var. Bəlkə elə buna görə ibtidai təfəkkürdən xilas ola bilməyən adamlar qız övladını daxilən çox sevsələr də, onu duz yükü qədər ağır bir yük kimi qəbul edirlər. Dönüb yaşadığımız cəmiyyətə baxsaq belə qız övladının üstündə hər zaman kölgələr görürük. Valideynlərini "gözükölgəli" etməsinlər deyə, onlar özləri hər zaman kölgədə qalırlar. Başqalarının kölgəsi altında varlığını qorumağa çalışan balaca, zərif və zəif çiçəklər, həyatdan qismən məhrum ikinci dərəcəli varlıqlar kimi yetişdirilmək bəzi mədəniyyətlərdə qız uşaqlarının qədərinə çevrilib. Elmin və mədəniyyətin işığıyla aydınlanan ailə mühitində isə qız uşağı ailənin başqa fərdləri ilə bərabər, hüquq və azadlıqlara sahib olmaqla yanaşı, həm də atanın ən çox etimad göstərdiyi əzizinə çevrilir. Heç şübhəsiz, dünyanın ən xoşbəxt qızları elə ataları tərəfindən dəstəklənənlərdir.

Valideynlik də, həyata dair digər bütün məsuliyyətlər kimi öyrənilən bir vəzifədir. Təəssüf ki, bizdə bu vəzifənin öhdəlikləri yanlış öyrədilir. Ta qədimdən xüsusilə də Şərq ölkələrində oğlan uşaqlarının dünyaya gəlməsi toy-bayram kimi qeyd olunur. Ailədə oğlan qızdan daha üstün görülür. Qədim tarixə nəzər salsaq biz görərik ki, İslam dini yaranana qədər ailədə qız doğulardısa o ya diri-diri basdırılar ya da ödürülərdi. Səbəb isə “qızın doğulması ailə üçün təhqirdir. Kişi olanın oğlu olar” və s. tipli fikirlər idi. Bu cür fikirlər demək olar ki, son dövrlərə qədər “qüvvə”də idi. Hətta bir çox ölkələrdə hələ də mahiyyətini itirməmişdir.

Qız övladı, yoxsa oğlan?

Adətən, evlənməmişdən öncə, yaxud ilk hamiləlikdə cütlüklər arasında bu mövzu haqqında belə bir müzakirə yaranır. Ata söyləyir:-Mən oğlan istəyirəm. Ana söyləyir:-Mən qız istəmədən bəzən bu münaqişəyə də çevrilir. Məlumdur ki, bu onların istəklərindən də asılı olan bir iş deyil. Oğlan nəslin davamçısıdır, oğlan olması şərtdir. Əslində, bu cür fikirlərin yaranması cahillikdən, insanların sosial-psixoloji baxımdan maariflənməməsindən irəli gəlir.

Müasir dövrdə oğlan və qız övladları arasında fərqin qoyulması əvvəlki illərə nisbətən o qədər də hiss olunmur. Bu, dövrlə bağlı olaraq elmin inkişafı, KİV-dən məlumatların əldə olunması, insanların maariflənməsi, savadlı nəslin yetişməsi, dünyagörüşün artması ilə əlaqədardır.

Vəfa sosial problemlərinin həllinə dəstək İB sədri Fatimə Hacıbəyli:" Əhali arasında qız uşaqlarına qarşı stereotiplər səngimək bilmir.

Rəsmi məlumatlara görə, ölkə əhalisi arasında qadınların kişilərə nisbəti cüzi fərqlə azlıq təşkil edir.

Amma müstəqil təhlilçilərə görə, son 15-20 ildə yeni doğulanlar arasında oğlan uşaqlarının sayının çox olması kimi davamlı bir tendensiyanı müşahidə edirik.

Məlumdur ki, Azərbaycanda ailələr oğul uşaqlarına üstünlük verirlər. Bunun bir çox səbəbi var. Əksər patriarxal cəmiyyətlərdə oğlan uşağı soyadın daşıyıcısıdır, yaşlı valideynlərin qayğısına qalandır, ailəyə maddi dəstək gətirəndir. Belə inanc var ki, qızlar bu vəzifələrin öhdəsindən gələ bilməzlər. Təbii ki, bu, bir stereotipdir, son illərdə cinsi selektiv abortlarla bağlı hallar artıb. Bioloji normaya əsasən, hər doğulan 100 qıza 105 oğlan nisbəti olmalıdır. Cəmiyyətdə qız uşaqlarına olan münasibəti dəyişməyin həll yolu qadın hüquqlarının müdafiəsini daha yüksək səviyyəyə qaldırmaqdır. "Problem insanların beynindədir, onlar hələ də qadınların da kişilərlə bərabər hüquqlu olduğu faktını qəbul etmək istəmirlər”.

Mənim 2 qız və bir oğlan nəvəm var. Mənim oğlumun da qızı olanda mən sevincdən ağlamışdım. Ancaq təbii elə ailələr var ki, orada oğlan uşağı dünyaya gəlmirsə, o ailəyə sonsuz adı verirlər. Təbii ki, bu, çox absurd fikirdir. Bu gün qızlarımız dövlət strukturlarında çalışırlar. Azərbaycanda o qədər qürur duyulası xanımlar var.

Mənim düşüncəmdə qız-oğlan fərq etmir, ən əsası xeyirli övlad olsun".

Havar Şəfiyeva