Çində xəstəxanalarda sıxlıq artıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu ayın əvvəlində Çin koronavirusun yayılmasına qarşı sərt təcrübələri özündə cəmləşdirən "sıfır hal" strategiyasından geri çəkilib. Xəstəliklərin artdığı ölkədəki xəstəxanalar həddindən artıq sıxlıqdan əziyyət çəkir.
Xəstəxanaya təcili yardımla gələnlərin əksəriyyətinə nəfəs alması üçün oksigen borusu verilir.