Salyanda ölümlə nəticələnən yol qəzası baş verib

27 Dekabr 2022 22:27 (UTC+04:00)

Salyanda mikroavtobus və minik maşını toqquşub. Qəza zamanı bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi saat 17 radələrində Ələt-Astara magistralının Salyan rayonu Şorsulu kəndindən keçən hissəsində baş verib. "Opel" markalı minik maşını yolun kənarında dayanan “Ford” markalı mikroavtobusa çırpılıb. Qəza nəticəsində Lerik rayon sakini İmaşov Həsən Mənsim oğlu ölüb, iki nəfər isə yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.